Modern.az

Zelenski ABŞ-nin Rusiya–Ukrayna münaqişəsinin bitməsi üçün təklif etdiyi müddəti açıqlayıb

Zelenski ABŞ-nin Rusiya–Ukrayna münaqişəsinin bitməsi üçün təklif etdiyi müddəti açıqlayıb

Dünya

7 Fevral 2026, 19:13

“ABŞ Kiyevə bu ilin yayına qədər Rusiya ilə münaqişənin sona çatdırılmasını təklif edib”.

Modern.az TSN-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski açıqlama verib.

Onun sözlərinə görə, Vaşinqtonun münaqişə tərəflərinə məsələnin qeyd olunan müddətədək həlli üçün təzyiq göstərəcəyi istisna olunmur. Zelenski bunu ABŞ-nin gündəmində başqa prioritetlərin mövcudluğu ilə əlaqələndirib.

Ukrayna prezidenti bildirib ki, Əbu-Dabidə keçirilən danışıqlarda ABŞ nümayəndələri “enerji atəşkəsi” təşəbbüsü ilə çıxış ediblər və Kiyev bu təklifi qəbul edib.

Ukrayna, Rusiya və ABŞ nümayəndə heyətləri arasında aparılan danışıqların nəticələrinə toxunan Zelenski vurğulayıb ki, tərəflər arasında əsir mübadiləsi prosesi davam etməlidir.

O, eyni zamanda ABŞ-nin Rusiya və Ukrayna nümayəndələrinin gələn həftə Mayamidə görüşünü təklif etdiyini bildirib. Zelenskinin sözlərinə görə, Ukrayna tərəfi bu görüşdə iştirakını təsdiqləyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan daha bir ARSIZLIQ - Bakıya hücumlar niyə artır?