İsrailin Baş naziri Benyamin Netanyahu gələn həftə ABŞ-a səfər etməyi planlaşdırır.
Modern.az xəbər verir ki, bu barədə İsrail hökumət başçısının ofisi məlumat yayıb.
Bildirilib ki, fevralın 11-də Vaşinqtonda Benyamin Netanyahu ilə ABŞ Prezidenti Donald Tramp arasında görüşün keçirilməsi nəzərdə tutulur.
Görüş zamanı əsas müzakirə mövzusunun ABŞ ilə İran arasında aparılan danışıqlar olacağı qeyd edilib.