Modern.az

Donald Tramp ABŞ-ın silah satışı qaydalarını dəyişib

Donald Tramp ABŞ-ın silah satışı qaydalarını dəyişib

Dünya

8 Fevral 2026, 04:03

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun digər ölkələrə silah satışı yanaşmasını dəyişdirən sərəncam imzalayıb.

Modern.az xəbər verir ki, yeni qaydalara əsasən, Amerika silahlarının alınmasında prioritet yüksək müdafiə xərcləri olan və öz regionlarında strateji əhəmiyyət daşıyan ölkələrə veriləcək.

Agentliyin yazdığına görə, sənəd federal qurumlara “özünümüdafiə imkanlarına əhəmiyyətli investisiya yatırmış, mühüm mövqelər tutan və ya əsas coğrafi regionlarda yerləşən tərəfdaşlara xarici hərbi satışlara üstünlük verməyi” tapşırır.

Məlumata görə, bu addım müttəfiqlərə Amerika silahlarının tədarükünü sürətləndirmək, həmçinin xarici sifarişlər hesabına ABŞ-ın öz istehsal güclərini genişləndirmək məqsədi daşıyır. (Reuters)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan daha bir ARSIZLIQ - Bakıya hücumlar niyə artır?