Modern.az

Kabildə evdə partlayış - 8 nəfər öldü

Kabildə evdə partlayış - 8 nəfər öldü

Dünya

8 Fevral 2026, 14:27

Kabildə yaşayış evində qaz balonunun partlaması nəticəsində azı səkkiz nəfər həlak olub.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Əfqanıstan paytaxtının qubernatorluğu məlumat yayıb.

Bildirilib ki, ailənin qışda istilik üçün istifadə etdiyi balon qaz sızması səbəbindən partlayıb.

Agentlik qeyd edir ki, müasir istilik infrastrukturunun olmadığı Əfqanıstanda əksər evlərin istiliyi üçün qaz balonlarından və ya ənənəvi sobalardan istifadə edilir. Bu səbəbdən ölkədə belə bədbəxt hadisələr tez-tez baş verir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan daha bir ARSIZLIQ - Bakıya hücumlar niyə artır?