Modern.az

15 cinayətkar Türkiyəyə təhvil verildi

15 cinayətkar Türkiyəyə təhvil verildi

Dünya

8 Fevral 2026, 14:40

“Qırmızı bülleten”lə beynəlxalq axtarışda olan 9 və milli səviyyədə axtarışda olan 6 cinayətkar Türkiyəyə təhvil verilib.

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya açıqlama yayıb.

Bildirilib ki, şübhəlilər Gürcüstan, Almaniya, Monteneqro, Azərbaycan, Yunanıstan və Şimali Makedoniyada tutularaq ölkəyə ekstradisiya olunublar.

Onlar qətl, qətlə cəhd, narkotik qaçaqmalçılığı, cinsi istismar, hücum, soyğunçuluq, oğurluq və fırıldaqçılıq ittihamları ilə axtarılırdılar.

Ekstradisiya edilənlər arasında 2023-cü ildə Bodrumda keçmiş həyat yoldaşını və qızını öldürməkdə ittiham olunan qətl şübhəlisi də yer alır.

Nazir əməliyyatların davam edəcəyini bildirib:

“Qırmızı bülleten”lə axtardığımız mütəşəkkil cinayətkar qrupların üzvlərini və narkotik qaçaqmalçılarını bir-bir tutub ölkəmizə qaytaracağıq. Qaçış yolu yoxdur”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan daha bir ARSIZLIQ - Bakıya hücumlar niyə artır?