Pakistanlı alpinist Daulat Şah Gilgit Baltistan bölgəsində buz divarına dırmaşarkən yıxılaraq ölüb.
Modern.az xəbər verir ki, 31 yaşlı alpinist dırmanışa xarici turistlə birlikdə başlayıb.
O, dırmanma zamanı yıxılıb və hadisə yerində vəfat edib.
Qeyd edək ki, daha əvvəl dünyanın ikinci ən yüksək zirvəsi olan K2 də daxil olmaqla 8000 metr yüksəkliyə çatan Şah, 2025-ci ildə kifayət qədər oksigen olmadan Qaşerbrum I zirvəsinə də çatıb.