Modern.az

Suriyada daşqınlar: Üç nəfər ölüb, ikisi uşaqdır

Suriyada daşqınlar: Üç nəfər ölüb, ikisi uşaqdır

Dünya

8 Fevral 2026, 20:42

Suriyanın şimal-qərbində güclü yağışların yaratdığı daşqınlar insan tələfatına yol açıb.

Modern.az-ın məlumatına görə, Latakiya, İdlib və Hama əyalətlərində müşahidə olunan intensiv yağıntılar nəticəsində biri humanitar təşkilatın könüllüsü, ikisi uşaq olmaqla üç nəfər həyatını itirib.

Suriya Qızıl Aypara Cəmiyyəti bildirib ki, Latakiyanın kənd ərazilərində xilasetmə işləri aparan könüllü əməliyyat zamanı faciəvi şəkildə ölüb. Hadisə zamanı daha dörd nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Agentliyin yazdığına görə, Latakiyanın şimalında yerləşən Ayn-İssa bölgəsində isə daşqınlar iki uşağın ölümünə səbəb olub. Güclü yağışlar yaşayış məntəqələri ilə yanaşı, qaçqın düşərgələrinə də ciddi ziyan vurub, onlarla ailə təhlükəsizlik məqsədilə evlərindən və çadırlardan təxliyə edilib.

Hazırda bölgədə axtarış-xilasetmə işləri davam etdirilir. Sinoptiklər yağıntıların yaxın günlərdə də davam edəcəyini bildirərək, əhaliyə ehtiyatlı olmağı tövsiyə ediblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan daha bir ARSIZLIQ - Bakıya hücumlar niyə artır?