“Telegram” messenceri son həftələrdə kütləvi bloklama həyata keçirərək 187 min 634 qrup və kanalı dayandırıb.
Modern.az xəbər verir ki, fevral ayından etibarən platforma 2,04 milyon icmaya çıxışı məhdudlaşdırıb, onlardan 7116-sı terrorizm əlaqəli olub. 2026-cı ilin əvvəlindən bloklanan qrup və kanalların ümumi sayı 7,5 milyona yaxınlaşıb və bu rəqəmə 27 382 terrorizm əlaqəli icma da daxildir.
Qeyd olunur ki, “Telegram”da 2015-ci ildən istifadəçi şikayətlərinə və maşın öyrənməsinə əsaslanan proaktiv monitorinq sistemi fəaliyyət göstərir, 2024-cü ildən isə süni intellekt əsaslı moderasiya alətləri də tətbiq olunub.