Modern.az

EUMA-ya yeni rəhbər TƏYİN EDİLDİ

EUMA-ya yeni rəhbər TƏYİN EDİLDİ

Dünya

18 Fevral 2026, 00:34

Avropa İttifaqının Ermənistandakı Müşahidə Missiyasına (EUMA) yeni rəhbər təyin olunub.

Modern.az xəbər verir ki, fevralın 17-də Avropa İttifaqı Şurası Avropa İttifaqının Ermənistandakı Müşahidə Missiyasına (EUMA) yeni rəhbər təyin edib. Bu vəzifəyə Satu Koivu gətirilib. O, bir neçə gün sonra missiyanın hazırkı rəhbəri Markus Ritteri əvəz edəcək.

Məlumata görə, Koivu Avropa İttifaqının mülki böhran idarəetməsi mexanizmləri çərçivəsində fəaliyyət göstərib, müxtəlif regionlarda Aİ-nin müşahidə və monitorinq missiyalarında rəhbər vəzifələrdə çalışıb. O, əsasən təhlükəsizlik, sərhəd monitorinqi və mülki missiyaların koordinasiyası sahəsində ixtisaslaşıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Moskvaya hücum - Rusiyada ard-arda partlayışlar