“Cenevrədə danışıqların başladığı gün Rusiya Ukraynaya kütləvi hücum həyata keçirib”.
Modern.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Onun sözlərinə görə, hücum zamanı 29 raketdən 25-i zərərsizləşdirilib, həmçinin 400-ə yaxın dron istifadə olunub.
Zelenski Ukraynanın müharibə istəmədiyini və ədalətli sülh razılaşmasına hazır olduğunu vurğulayıb. O, həmçinin Rusiya silahlarında çoxlu sayda xarici komponentlərin istifadə edildiyini qeyd edərək, tərəfdaşları bu tədarük zəncirlərini bloklamağa çağırıb.
Qeyd edək ki, İsveçrədə ABŞ, Rusiya və Ukrayna arasında danışıqların növbəti raundunun ilk günü başa çatıb.