Sabah Oman körfəzində və Hind okeanının şimalında İran və Rusiya dəniz qüvvələrinin birgə təlimi keçiriləcək.
Modern.az İran KİV-nə istinadən xəbər verir ki, təlimlərlə bağlı məsul şəxs kontr-admiral Həsən Maksudlu bildirib ki, təlim dostluq münasibətlərini dərinləşdirmək, regional əməkdaşlığı artırmaq, qonşu ölkələrə üstünlük vermək, dəniz və naviqasiya təhlükəsizliyinin təmin edilməsində regional ölkələrin rolunu gücləndirmək məqsədi daşıyır.
Həsən Maksudlu həmçinin bildirib ki, bu təlimin İran Silahlı Qüvvələrinin digər təlimləri ilə yanaşı keçirilməsi hər iki ölkənin Oman körfəzində və Hind okeanında mövcud inkişafa verdiyi əhəmiyyəti göstərir və tərəflərin dənizçilik sahəsində əməkdaşlığı gücləndirmək, birtərəfliliyə qarşı çıxmaq, regionda dəniz ticarətinin təhlükəsizliyini dəstəkləmək öhdəliyini ortaya qoyur.