Modern.az

Qiyamçı keşişlər iclaşa toplaşdı

Qiyamçı keşişlər iclaşa toplaşdı

Dünya

18 Fevral 2026, 12:54

Erməni Apostol Kilsəsinin Yepiskopal Məclisi Avstriyanın Sankt-Pölten şəhərində toplanıb.

Modern.az xəbər verir ki, Erməni Apostol Kilsəsinin katolikosu II Qaregin də iştirakçılara onlayn müraciət edib.

Daha sonra Kilikiyanın Böyük Evinin Katolikosu I Aram, Qüds erməni patriarxı Nurhan Manukyan və Konstantinopol patriarxı Sahak Maşalyan da çıxış ediblər.

Qeyd edək ki,13 yanvar tarixində Ali Ruhani Şuranın iclasında Erməni Apostol Kilsəsinin katolikosu II Qaregin fevralın 16-19-da erməni yepiskoplarının ümumi məclisinin Ermənistan hüdudlarından kənarda çağırılacağını elan edilmişdi.

Xatırladaq ki, erməni separatizmini dəstəkləyən və hazırki hökumətə qarşı xalqı qızışdıran katolikos II Qaregin barəsində cinayət işi açılıb.

Sizə yeni x var
Keçid et
Rusiyada dəhşətli partlayış - ÖLƏNLƏR VAR