Modern.az

Ən çox “McDonald's” olan ölkələr - Azərbaycan neçəncidir?

Ən çox “McDonald's” olan ölkələr - Azərbaycan neçəncidir?

Dünya

18 Fevral 2026, 15:13

Dünyada fastfud sənayesinə maraq hər il daha da artır və bu bazarın dəyişməz lideri “McDonald's” olaraq qalır.

Hazırda şirkətin dünyanın təxminən 100 ölkəsində 40 mindən çox restoranı fəaliyyət göstərir. Qlobal şəbəkənin yarıdan çoxu isə üç əsas bazarda - ABŞ, Çin və Yaponiyada cəmləşib. Bu da göstərir ki, brendin əsas dayaqları həm klassik Amerika bazarı, həm də sürətlə böyüyən Asiya regionudur.

Modern.az-ın məlumatına görə, “McDonald's”ın vətəni olan Amerika Birləşmiş Ştatları restoran sayına görə açıq fərqlə liderdir. ABŞ-da 13 557 “McDonald's” məkanı fəaliyyət göstərir.

Şirkətin ən çox təmsil olunduğu ölkələrin ilk beşliyi belədir:

ABŞ - 13 557
Çin - 6 820
Yaponiya - 2 989
Fransa - 1 589
Kanada - 1 489

Azərbaycan isə “McDonald's” restoranlarının sayına görə dünyada 69-cu pillədə qərarlaşıb. Hazırda ölkəmizdə 29 “McDonald's” məkanı fəaliyyət göstərir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putinlə Zelenski görüşü - Şərtlər açıqlandı