Bu gün İsveçrənin Cenevrə şəhərində Rusiya, Ukrayna və ABŞ nümayəndə heyətləri arasında danışıqlar davam etdirilir.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, danışıqlar bağlı qapılar arxasında keçirilir.
Rusiya nümayəndə heyətindəki mənbə dünən danışıqların ilk günündə görüşün altı saat davam etdiyini və çox gərgin keçdiyini bildirib. Əlaqələr həm ikitərəfli, həm də üçtərəfli olub: dialoq Rusiya-Amerika, Rusiya-Ukrayna və Rusiya-Amerika-Ukrayna danışıqları şəklində aparılıb.