Modern.az

İranla ABŞ arasında təmas qurmuşuq - Ərdoğan

İranla ABŞ arasında təmas qurmuşuq - Ərdoğan

Dünya

18 Fevral 2026, 14:57

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Efiopiya səfərindən qayıdarkən təyyarədə mətbuata bəzi açıqlamalar verib və cari məsələlərlə bağlı sualları cavablandırıb.

Modern.az-ın məlumatına görə, İranla ABŞ arasındakı gərginliyə toxunan Ərdoğan bildirib ki, Türkiyə hər iki ölkə ilə yüksək səviyyəli danışıqlar aparır.

"İran və ABŞ arasındakı problemlərin dialoq yolu ilə həll olunmasını istəyirik. Hər iki ölkə ilə ən yüksək səviyyədə əlaqə saxlayırıq. Bu yaxınlarda İran prezidenti ilə görüşdüm. Elə ertəsi gün ABŞ prezidenti Trampla da danışıq apardım. Bütün bu görüşlərdə necə irəliləyə biləcəyimizi müzakirə etdik. Biz körpülər quran və sülh üçün zəmin hazırlayan bir ölkəyik, divarlar tikən və münaqişələri qızışdıran bir ölkə deyilik. İranı hədəf alan yeni bir müharibə heç kimə fayda verməyəcək; əksinə, bölgəmiz uduzacaq. Biz sülhün tərəfində olmağa və məsələyə müsbət istəklərlə yanaşmağa davam edirik. Türkiyə olaraq bütün həmkarlarımıza İrana hərbi müdaxilənin əleyhinə olduğumuzu çatdırmışıq. Belə bir hərbi eskalasiyanın və artan gərginliyin bölgəmizi daha da qeyri-müəyyənliyə sürükləyəcəyini izah etməyə davam edəcəyik. Diplomatiya qapısı açıq qaldığı müddətcə ümid var. Bu ümidi qoruyub gücləndirəcəyik".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranla Rusiya birləşdi - ABŞ-yə hücum hazırlığı başladı