Modern.az

İrəvanda 9 nəfər güllələndi

İrəvanda 9 nəfər güllələndi

Dünya

18 Fevral 2026, 17:13

Ermənistanın paytaxtı İrəvanda silahlı insident olduğu və 6 nəfərin yaralandığı deyilir. 

Modern.az Ermənistanın kriminal saytı olan "Shamshyan.com"-a istinadən xəbər verir ki, atəş səsləri İrəvanın Açapnyak inzibati rayonunda eşidilib. Nəşr iddia edir ki, yaralananların sayı 9 nəfərə çata bilər.

Ermənistan Daxili İşlər Nazirliyindən "Sputnik Armenia"ya bildirilib ki, hazırda operativ-axtarış tədbirləri aparılır. Hadisənin detalları ilə bağlı əlavə məlumatın daha sonra açıqlanacağı qeyd olunub.
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putinlə Zelenski görüşü - Şərtlər açıqlandı