Modern.az

Ərdoğandan Avropaya çağrış: məqam yetişib

Ərdoğandan Avropaya çağrış: məqam yetişib

Dünya

18 Fevral 2026, 17:10

Türkiyənin mövcud Avropa müdafiə və təhlükəsizlik mexanizmlərinə daxil edilməsinin vaxtı gəlib çatıb.

Modern.az xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan Efiopiyadan qayıtdıqdan sonra jurnalistlərlə söhbəti zamanı bildirib.

Ərdoğan qeyd edib ki, Türkiyənin Aİ müdafiə arxitekturasından çıxarılması məntiqə ziddir və qlobal reallıqları nəzərə almır.

O, yekun olaraq bildirib ki, Ankaranın iştirakı olmadan bu cür mexanizmlərin yaradılması natamam olardı, çünki Türkiyə ordusu NATO-da ən böyük və ən təsirli ordulardan biridir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putinlə Zelenski görüşü - Şərtlər açıqlandı