Fransa Prezidenti Emmanuel Makron Hindistanın qlobal innovasiya və idarəetmə sahəsində artan roluna diqqət çəkib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, o bildirib ki, bu gün dünyanın aparıcı şirkətlərinə hindistanlı rəhbərlər başçılıq edir.
Makronun sözlərinə görə, aşağıdakı beynəlxalq şirkətlərin baş icraçı direktorları (CEO) hindistanlıdır:
- Alphabet Inc., Microsoft, IBM, Adobe, Palo Alto Networks, Novartis.
Fransa lideri əlavə edib ki, Fransanın ən simvolik moda evlərindən biri olan Chanel-in baş icraçı direktoru da Hindistanın Kolhapur şəhərindən olan Lina Nairdir.
Makron həmçinin vurğulayıb ki, Hindistan sadəcə qlobal innovasiyalarda iştirak etmir, bu prosesə liderlik edir. Onun sözlərinə görə, Hindistanın təsiri Silikon Vadisindən Yelisey çöllərinədək, texnologiya sektorundan mədəniyyət sahəsinədək geniş bir arealı əhatə edir.