Modern.az

Nazirlik 500 musiqi alətini tonqalda yandırdı

Nazirlik 500 musiqi alətini tonqalda yandırdı

Dünya

18 Fevral 2026, 17:20

Əfqanıstanın Fəzilət Təşviqi Nazirliyinin əməkdaşları tərəfindən 500 musiqi aləti tonqalda yandırılıb.

Modern.az xəbər verir ki, bu barədə Fəzilət Təşviqi, Əxlaqsızlığın Qarşısının Alınması və Şikayətlər Nazirliyinin  şöbə rəhbəri Məqbul Əhməd Vaqas yerli mediaya açıqlamasında bildirib.

"Rəqs etmək və müxtəlif mərasimləri qeyd etmək üçün istifadə edilən bu əşyalar son bir il ərzində həm əyalətin mərkəzi Çarikarda, həm də rayonlarda toplanıb. Musiqi alətləri Qolqandi rayonunda hökumət rəsmilərinin, Baş Kəşfiyyat İdarəsinin və digər müvafiq qurumların iştirakı ilə yandırılıb",- o deyib

Whatsapp
Bizə yazın!
Keçid et
Putinlə Zelenski görüşü - Şərtlər açıqlandı