Modern.az

Zelenski ilə Putin arasında görüş zəruri mərhələyə çevrilib

Zelenski ilə Putin arasında görüş zəruri mərhələyə çevrilib

Dünya

18 Fevral 2026, 23:19

Ukrayna və Rusiya arasında aparılan danışıqlarla bağlı yeni detallar açıqlanıb.

Modern.az xəbər verir ki, RBK-Ukrayna mənbələrinin məlumatına görə, artıq Volodimir Zelenski ilə Vladimir Putin arasında birbaşa görüşün keçirilməsi zəruri mərhələyə çevrilib və böyük ehtimalla bu görüş baş tutacaq.

Mənbələr bildirir ki, bugünkü görüşdə Rusiya tərəfi mövqeyini dəyişməyib. Moskva Ukrayna Silahlı Qüvvələrinin Donetsk vilayətinin bütün ərazisindən çıxarılmasını tələb edir. Bununla yanaşı, hərbi altqrup çərçivəsində prosedur məsələlərin razılaşdırılması istiqamətində müəyyən irəliləyişin müşahidə olunduğu qeyd edilir.

Məlumata görə, danışıqlar prosesi davam edir və tərəflər paralel olaraq həm siyasi, həm də texniki mexanizmlər üzərində müzakirələri saxlayır.

Whatsapp
Bizə yazın!
Keçid et
Putinlə Zelenski görüşü - Şərtlər açıqlandı