Modern.az

Ermənistanda Sərhəd Qoşunlarına zabit hazırlığı başladı

Ermənistanda Sərhəd Qoşunlarına zabit hazırlığı başladı

Dünya

18 Fevral 2026, 22:35

Ermənistanda Sərhəd Qoşunları üçün yeni zabit hazırlığı elan edilib.

Modern.az xəbər verir ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin məlumatına görə, Müdafiə Nazirliyinə tabe olan Vazgen Sarkisyan adına Hərbi Akademiyanın Sərhəd Qoşunları üzrə yeni açılmış kursuna 17–18 yaşlı, orta təhsilli Ermənistan vətəndaşı olan kişilər qəbul olunacaq.

Bildirilib ki, təhsil müddəti 4 ildir. Kursantlar pulsuz yaşayış yeri və qida ilə təmin ediləcək, eyni zamanda yüksək təqaüd alacaqlar. Təhsilin 3-cü və 4-cü kurslarında sərbəst gediş-gəliş hüququ veriləcək, məzun olduqdan sonra isə B və C kateqoriyalı sürücülük vəsiqəsi təqdim olunacaq.

Akademiyanı bitirənlərə leytenant hərbi rütbəsi veriləcək və onlar Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının bölmələrində xidmətə başlayacaqlar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putinlə Zelenski görüşü - Şərtlər açıqlandı