ABŞ Prezidenti Donald Tramp İranla mümkün razılaşma məsələsində müəyyən müddət gözləməyə hazırdır, lakin bu prosesin sonsuzadək uzanmasına razı deyil.
Modern.az xəbər verir ki, bunu ABŞ-ın NATO yanında daimi nümayəndəsi “Matthew Whitaker Fox Business” kanalının efirində bildirib.
“Düşünürəm ki, o, məqbul çərçivələr daxilində səbirli ola bilər, amma əbədi gözləmək niyyətində deyil”, – deyə Uitaker qeyd edib.
Onun sözlərinə görə, Vaşinqton İranla bağlı məsələdə diplomatik imkanları nəzərdən keçirsə də, prosesin nəticəsiz şəkildə uzadılmasına müsbət yanaşmır.