ABŞ Yaxın Şərqə hava hücumundan müdafiə sistemlərinin aşkarlanması və məhv edilməsi üçün nəzərdə tutulan döyüş təyyarələri yerləşdirir.
Modern.az xəbər verir ki, OSINT-analitiklərin məlumatına görə, regiona göndərilən 36 ədəd ABŞ istehsalı F-16 Fighting Falcon qırıcılarından 24-ü F-16CJ “Wild Weasel” modifikasiyasına aiddir. Bu versiya düşmənin hava hücumundan müdafiə sistemlərinin yatırılması (SEAD) üçün ixtisaslaşıb.
Bildirilir ki, sözügedən təyyarələr AN/ASQ-213 HARM hədəfləmə sistemləri ilə təchiz olunub. Bu sistemlər düşmən radarlarının yaydığı siqnalları passiv rejimdə aşkar etməyə və AGM-88 HARM, eləcə də AGM-88E AARGM tipli radiolokasiya əleyhinə raketlərlə zərbələr endirməyə imkan verir.
Bundan əlavə, F-16CJ təyyarələri hava hücumundan müdafiə radarlarının işini pozmaq və sıradan çıxarmaq məqsədilə AN/ALQ-184 radioelektron mübarizə konteynerləri daşıyır.
Məlumata görə, bu addım regionda hərbi vəziyyətin gərginləşməsi fonunda ABŞ-ın hava əməliyyatları imkanlarını gücləndirməyə yönəlib.