Modern.az

İsrail parlamentində İrana qarşı müharibə müzakirə olunur

İsrail parlamentində İrana qarşı müharibə müzakirə olunur

Dünya

18 Fevral 2026, 22:47

İsrail parlamentində İrana qarşı mümkün müharibəyə hazırlıq məsələlərinin müzakirə edildiyi bildirilir.

Modern.az xəbər verir ki, İsrail dövlət televiziyası “KAN”ın məlumatına görə, Knessetin Xarici Əlaqələr və Təhlükəsizlik Komitəsinin iclasında İsrail Ordusunun Daxili Cəbhə Komandanlığının katibi Şai Klapper təhlükəsizliklə bağlı qiymətləndirmə təqdim edib.

Məlumata əsasən, iclas əsasən İsrail ərazisinə raket və pilotsuz uçuş aparatları ilə mümkün hücum ssenariləri üzərində cəmləşib. Yedioth Ahronoth yazır ki, Klapperin komitə üzvləri ilə görüşü məxfi təhlükəsizlik qiymətləndirməsi xarakteri daşıyıb və İran tərəfinin raket və PUA buraxılışına hazırlıq ehtimalları müzakirə edilib.

Komitə sədri, “Likud” partiyasından olan deputat Boaz Bismuth iclasdan sonra verdiyi açıqlamada bildirib ki, İsrail İran məsələsində çətin dövrdən keçir. Onun sözlərinə görə, İsraildə gün ərzində bir neçə dəfə İranla bağlı hücumun nə vaxt başlayacağını düşünməyən vətəndaş demək olar ki, yoxdur

Bismut iddia edib ki, İsrail cəmiyyəti mümkün ssenarilərə qarşı hazırlıq içindədir və ölkə istənilən vəziyyətə hazır olmağa çalışır.

Digər tərəfdən, xəbərlərdə qeyd olunur ki, İranla ABŞ arasında aparılan danışıqlara baxmayaraq, tərəflər arasında etimad mühiti formalaşmayıb. Bildirilir ki, nüvə məsələsində müəyyən irəliləyiş olsa da, Tehranın ballistik raket proqramı və “vekil qüvvələrə” dəstək mövzusunu müzakirə etməkdən imtina etməsi Vaşinqtonda nikbinliyi azaldıb.

Məlumata görə, Cenevrədə keçirilən ABŞ–İran danışıqlarının uğursuzluqla nəticələnə biləcəyi ehtimalı İsraildə ciddi şəkildə nəzərə alınır. “Kanal 12” İsrailli rəsmi mənbəyə istinadən xəbər verir ki, danışıqlar kritik mərhələyə çatıb və Tel-Əviv mümkün iflas ssenarisinə qarşı hazırlıqlar görür.

Xəbərdə həmçinin qeyd olunur ki, İsraildə belə bir fikir formalaşıb: ABŞ Prezidenti Donald Tramp İrana qarşı hücum variantını gündəmdə saxlayır, lakin hərbi addımı legitimləşdirmək üçün əvvəlcə diplomatik imkanların tükənməsini gözləyir. Bu səbəbdən Tel-Əvivdə diplomatiya üçün vaxtın daraldığı və ölkənin “istənilən an hücum başlaya bilərmiş kimi” hazırlıqlı olması lazım olduğu düşünülür.

Whatsapp
Bizə yazın!
Keçid et
Putinlə Zelenski görüşü - Şərtlər açıqlandı