Ramazan ayında oruc müddətləri ayın hansı tarixdə başlamasından asılı olaraq ölkələr üzrə fərqlənəcək.
Modern.az xəbər verir ki, hesablamalara əsasən, Ramazanın mümkün son günü olan 19 mart tarixində dünyanın ən uzun orucu İslandiyanın paytaxtı Reykyavikdə və Qrenlandiyanın Nuuk şəhərində tutulacaq. Bu ərazilərdə orucun müddəti 15 saat 3 dəqiqə olacaq.
Ayın ilk günlərində isə ən uzun oruc Yeni Zelandiyanın Kraystçörç şəhərində qeydə alınıb. Burada orucun müddəti 15 saat 22 dəqiqə təşkil edib. Lakin Ramazanın sonuna doğru bu göstəricinin təxminən 2 saat azalaraq 13 saat 46 dəqiqəyə enəcəyi bildirilir.
Məlumata görə, Ramazan ayında ən qısa oruc Finlandiyada tutulacaq.
Səudiyyə Ərəbistanı mərkəzli Dünya İslam Birliyinin paytaxtlar üzrə apardığı hesablamalara əsasən, Ramazanın ilk günü bəzi ölkələrdə oruc müddətləri belə sıralanır:
Finlandiya – 11 saat 53 dəqiqə (ən qısa)
Böyük Britaniya – 12 saat 8 dəqiqə
Türkiyə – 12 saat 23 dəqiqə
İspaniya – 12 saat 23 dəqiqə
ABŞ – 12 saat 25 dəqiqə
Yaponiya – 12 saat 27 dəqiqə
Pakistan – 12 saat 30 dəqiqə Səudiyyə Ərəbistanı – 12 saat 42 dəqiqə
İndoneziya – 13 saat 28 dəqiqə
Braziliya – 13 saat 47 dəqiqə
Cənubi Afrika – 14 saat 13 dəqiqə