Modern.az

Ayətullah Sistanidən Ramazanın başlanma vaxtı ilə bağlı açıqlama

Ayətullah Sistanidən Ramazanın başlanma vaxtı ilə bağlı açıqlama

Dünya

19 Fevral 2026, 10:26

Mərcəyi-təqlid Ayətullah Seyid Əli Sistaninin İraqdakı dəftərxanası 19 fevral cümə axşamı gününün Ramazan ayının ilk günü olduğunu bəyan edib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Ayətullah Sistaninin dəftərxanası 18 fevralın Ramazan ayının ilk günü olduğu iddiası ilə razılaşmayıb.

Türkiyə, Azərbaycan və İranla yanaşı, Oman, İndoneziya, Misir, İordaniya, Suriya, Malayziya, Sinqapur, Avstraliya, Yaponiya və Bruney də cümə axşamını - 19 fevralı Ramazan ayının başlanğıcı kimi tanıyıb.

Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Yəmən, Fələstin, Bəhreyn, Küveyt və Livan isə 18 fevral tarixinin Ramazan ayının ilk günü olduğunu elan edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putinlə Zelenski görüşü - Şərtlər açıqlandı