Modern.az

Trampın komandasında vahid fikir yoxdur

Trampın komandasında vahid fikir yoxdur

Dünya

21 Fevral 2026, 19:40

ABŞ Prezidenti Donald Trampın İranla bağlı sərt mövqeyi və Yaxın Şərqdə hərbi qüvvələrin artırılması planı ölkə daxilində siyasi müzakirələri gücləndirib.

Modern.az xəbər verir ki, "Reuters"in yazdığına görə, Tramp mümkün çoxhəftəlik hava əməliyyatına hazırlıq göstərişi verib, lakin ABŞ ictimaiyyətinə İranla müharibə üçün konkret əsaslandırma təqdim etməyib.

Ağ Ev rəsmilərindən biri bildirib ki, administrasiya daxilində İrana zərbə endirilməsi ilə bağlı vahid mövqe yoxdur. Trampın bəzi müşavirləri isə diqqətin daha çox seçiciləri narahat edən iqtisadi məsələlərə - inflyasiya, yaşayış xərcləri və sosial problemlərə yönəldilməsinin vacibliyini vurğulayırlar. Noyabrda keçiriləcək aralıq seçkilər Respublikaçıların Konqresdə çoxluğu qoruyub-qoruyamayacağını müəyyən edəcək.

Tramp son açıqlamasında İranı nüvə proqramı ilə bağlı “ədalətli razılaşma”ya çağırıb, əks halda zərbə endirilə biləcəyini deyib. ABŞ iyunda İranın nüvə obyektlərini hədəf almışdı və Tehran mümkün yeni hücumlara sərt cavab verəcəyini bəyan edib.

Analitiklər hesab edir ki, İranla genişmiqyaslı münaqişə Tramp üçün siyasi baxımdan risklidir. Sorğular göstərir ki, amerikalı seçicilərin əsas prioriteti xarici siyasət deyil, iqtisadi sabitlikdir. Buna görə də mümkün eskalasiya aralıq seçkilər ərəfəsində Respublikaçılar üçün çətinlik yarada bilər.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?