Ukraynadakı müharibə hazırda elə mərhələyə çatıb ki, tərəflərdən heç biri yaxın perspektivdə həlledici üstünlük qazana bilmir.
Modern.az xəbər verir ki, Vladimir Putin hakimiyyətdə qaldığı və Rusiya büdcəsində silahlanmaya yetərli vəsait olduğu müddətdə müharibə davam edəcək. Analitiklərin qənaətinə əsasən, Rusiya cəbhədə itirdiyi canlı qüvvəni kompensasiya etməkdə çətinlik çəkir: yeni çağırılanların əksəriyyəti ideoloji motivasiya deyil, maddi maraqla döyüşə cəlb olunur və işğalçı orduda ideya amili faktiki olaraq sıradan çıxıb.
Eyni zamanda, Rusiya təcavüzünün qarşısının alınmasının əsas yükü emosional və fiziki baxımdan ciddi şəkildə tükənmiş Ukrayna əsgərlərinin üzərinə düşür. Mövcud vəziyyətdə Ukrayna nə uduzur, nə də qalib gəlir.
Məqalədə vurğulanır ki, döyüşlərin real şəkildə dayanmasına gətirib çıxara biləcək yeganə ssenari Rusiyada mövcud siyasi rejimin tam çöküşüdür. (The Times)