Modern.az

Çin yeni nəsil nüvə arsenalını FORMALAŞDIRIR

Çin yeni nəsil nüvə arsenalını FORMALAŞDIRIR

Dünya

21 Fevral 2026, 23:42

Çin yeni nəsil nüvə arsenalını gizli şəkildə formalaşdırır.

Modern.az xəbər verir ki, ABŞ kəşfiyyatının əldə etdiyi məlumatlar Pekinin nüvə strategiyasında radikal dəyişikliklərə getdiyini göstərir. CNN-in məlumatına görə, Çin dünyada ən yüksək texnologiyaya malik nüvə silahı yaratmağı hədəfləyir və bu sahədə Amerika Birləşmiş Ştatları və Rusiya-nı qabaqlamağa çalışır.

Məlumatda bildirilir ki, Çin kiçik ölçülü nüvə döyüş başlıqları üzərində işləyir. Bu texnologiya bir raketdə eyni anda bir neçə döyüş başlığının yerləşdirilməsinə imkan verir. Paralel olaraq, Pekin ilk dəfə aşağı gücə malik taktiki nüvə silahlarının hazırlanmasına da başlayıb.

Analitiklərin fikrincə, belə silahlar lokal münaqişələrdə istifadə oluna bilər. Xüsusilə də Tayvan ətrafında mümkün gərginlik ssenariləri bu kontekstdə diqqət mərkəzindədir. ABŞ kəşfiyyatı hesab edir ki, bu addımlar Çinin nüvə potensialını təkcə say baxımından deyil, keyfiyyət və çeviklik baxımından da yeni mərhələyə çıxarır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?