Modern.az

Fransada minlərlə insan YÜRÜŞƏ ÇIXIB

Fransada minlərlə insan YÜRÜŞƏ ÇIXIB

Dünya

22 Fevral 2026, 02:44

Fransanın Lion şəhərində ötən həftə sağçı fəal Kventin Derankın öldürülməsindən sonra minlərlə insan yürüş keçirib.

Modern.az xəbər verir ki, 23 yaşlı fəalın guya radikal solçu şəxslər tərəfindən döyülərək öldürüldüyü bildirilir.

Yürüş zamanı bəzi iştirakçılar üzlərini maska və eynəklə gizlədib, radikal şüarlar səsləndiriblər. Yerli hakimiyyət orqanları nasist salamı və irqçi ifadələrlə bağlı görüntüləri prokurorluğa təqdim edib. Polis mümkün zorakılıq riskinə görə şəhərdə gücləndirilmiş nəzarət tətbiq edib.

Fransa Prezidenti Emmanuel Makron sakitliyə çağırış edib və gələn həftə zorakı qruplarla bağlı müşavirə keçirəcəyini bildirib. Hadisə ilə əlaqədar 7 nəfər istintaqa cəlb olunub. Lion yürüşündə təxminən 3 200 nəfərin iştirak etdiyi açıqlanıb. (Reuters)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?