Modern.az

Finlandiya Rusiya ilə dialoqu bərpa edə bilər

Finlandiya Rusiya ilə dialoqu bərpa edə bilər

Dünya

22 Fevral 2026, 10:34

Finlandiyanın xarici işlər naziri Elina Valtonen Rusiya ilə dialoqun gələcəkdə yenidən qurula biləcəyini istisna etmədiyini açıqlayıb.

Modern.az-ın məlumatına görə, nazir bu barədə "Yle" telekanalına verdiyi müsahibədə danışıb.

“Şübhəsiz ki, müəyyən mərhələdə bu mümkün ola bilər. Ancaq ilk növbədə həmin dialoq vasitəsilə nəyə nail olmaq istədiyimizi və tərəflərin hansı addımları atacağını dəqiqləşdirməliyik”, – deyə Valtonen qeyd edib.

Nazirin fikrincə, Avropa sülh prosesində daha fəal və təsirli rol oynamalıdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?