İran və ABŞ Tehrana qarşı tətbiq edilən sanksiyaların nüvə proqramına məhdudiyyətlər müqabilində aradan qaldırılmasının miqyası və mexanizmlərini fərqli qiymətləndirirlər.
Modern.az xəbər verir ki, bunu yüksəkvəzifəli İran rəsmisi "Reuters" agentliyinə müsahibəsində bildirib.
O həmçinin əlavə edib ki, danışıqların yenidən bərpası mart ayının əvvəlinə planlaşdırılıb və bu mərhələdə aralıq sazişi imzalana bilər.
Vurğulanıb ki, Tehran yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarının bir hissəsini ixrac etməyi, onun səviyyəsini aşağı salmağı və regional uran zənginləşdirmə konsorsiumu yaratmağı ciddi şəkildə nəzərdən keçirə bilər.
Lakin, bunun müqabilində İranın "dinc məqsədlərlə uran zənginləşdirməsi" hüququ tanınmalıdır.