“Taliban” rəhbərliyi Əfqanıstanda qadınların hüquqlarını ciddi şəkildə məhdudlaşdıran yeni qaydalar qüvvəyə mindirib.
Modern.az-ın xarici KİV-ə istinadən yaydığı məlumata görə, sənəddə aşağıdakı müddəalar yer alır:
Ali lider Heybətulla Axundzadə tərəfindən təsdiqləndiyi bildirilən qaydalara əsasən:
- Kişilərə, “sümük sınığı və ya açıq yara” olmadığı hallarda həyat yoldaşlarını döyməyə icazə verilir.
- Ərinin razılığı olmadan valideyn evinə gedən qadınlar (zorakılıqdan yayınmaq məqsədilə olsa belə) 3 aya qədər azadlıqdan məhrum edilə bilər.
- Rəqs etmək və musiqi ifa etmək cinayət əməli kimi qiymətləndirilir.
- Qızların təhsilinə tətbiq edilən qadağanın tənqidi hüquq pozuntusu sayılır.
- Qadınlar üzlərini tam şəkildə örtməli, yaxın qohum olmayan şəxslərin yanında danışmamalıdır.
- Qadınların səsinin kənardan eşidilməməsi üçün evdə ucadan danışması da qadağan edilir.
- Qanunun 9-cu maddəsinə görə, Əfqan cəmiyyəti dörd qrupa ayrılır: din alimləri, elita, orta təbəqə və aşağı təbəqə.
- Cinayət törədən din xadimi və ya elita nümayəndəsinə yalnız xəbərdarlıq tətbiq olunur. Orta təbəqə üçün həbs, aşağı təbəqə üçün isə həm fiziki cəza, həm də həbs nəzərdə tutulur.
- Hənəfi məzhəbinə aid olmayan şəxslər “bidətçi” və ya “dindən çıxmış” kimi qiymətləndirilir.