ABŞ Məxfi Xidmətinin məlumatına görə, bugün əməkdaşlar Prezident Donald Trampın Florida ştatının Vest Palm Biç şəhərində yerləşən Mar-a-Laqo iqamətgahının mühafizə olunan ərazisinə qanunsuz daxil olmağa cəhd edən 20 yaşlarında bir şəxsi güllələyərək zərərsizləşdiriblər.
Modern.az xəbər verir ki, hadisə obyektin şimal qapısı yaxınlığında baş verib.
Bildirilib ki, həmin şəxsin üzərində ov tüfənginə bənzər silah və yanacaq qabı olub. Tramp hadisə zamanı Vaşinqtonda olub. Ağ Ev məsələ ilə bağlı dərhal açıqlama verməyib.
Qeyd olunur ki, ABŞ-da son dövrlər siyasi zorakılıq hallarında artım müşahidə olunur. 2024-cü ildə Trampa qarşı iki sui-qəsd cəhdi edilib. 2025-ci ilin iyununda Minnesota ştatından demokrat qanunverici Melissa Hortman həyat yoldaşı ilə birlikdə güllələnərək öldürülüb. Bir neçə ay sonra isə mühafizəkar fəal Çarli Kirk də sui-qəsd nəticəsində həyatını itirib. (Reuters)