Modern.az

İran ABŞ ilə nüvə qanışıqlarında güzəştlərə hazırdır

İran ABŞ ilə nüvə qanışıqlarında güzəştlərə hazırdır

Dünya

23 Fevral 2026, 00:21

İran ABŞ ilə nüvə danışıqlarında güzəştlərə hazır olduğunu, qarşılığında sanksiyaların qaldırılmasını və uranın zənginləşdirilməsi hüququnun tanınmasını istədiyini açıqlayıb.

Modern.az xəbər verir ki, məqsəd ABŞ-ın hərbi hücumunu önləməkdir.

İki tərəf sanksiyaların həcm və ardıcıllığı barədə hələ də ciddi fikir ayrılıqlarındadır. Lakin İran son təkliflərində:

Yüksək zənginləşdirilmiş uranının yarısını xaricə göndərmək, qalanını isə zəiflətmək,

Regional zənginləşdirmə konsorsiumunda iştirak etmək,

ABŞ şirkətlərinə İranın neft və qaz sənayesində iştirak imkanı yaratmaq kimi addımlar təklif edib.

İran bunun qarşılığında ABŞ-dan “sülh məqsədli nüvə zənginləşdirməsi” hüququnun tanınmasını və iqtisadi sanksiyaların qaldırılmasını tələb edir.

İranın Xarici İşlər Nazirliyi bildirib ki, danışıqlarda “müvəqqəti razılaşma imkanı” mövcuddur və qarşı tərəflə məntiqi bir sanksiya qaldırma planı üzərində işləyirlər.

ABŞ tərəfi isə hələ mövzuya rəsmi şərh verməyib. (Reuters)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?