Kreml lideri Vladimir Putin artıq Üçüncü Dünya Müharibəsinə başlayıb. İndiki vəzifə onun tammiqyaslı müharibəyə çevrilməsinin qarşısını almaqdır.
Modern.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski BBC-yə müsahibəsində bildirib.
Müsahibə zamanı aparıcı qeyd edib ki, ABŞ-ın keçmiş prezidenti Co Bayden prezidentliyi dövründə Putinin nüvə təhdidləri və Üçüncü Dünya Müharibəsi qorxusundan narahat idi. Hazırkı prezident Donald Trampın da bu fikri bölüşüb-dəyişmədiyi soruşulduqda, Zelenski belə cavab verib:
"Üçüncü Dünya Müharibəsi ilə bağlı fərqli baxışlarımız var. İnanıram ki, Putin artıq onu başlayıb. Yeganə sual onun nə qədər ərazini ələ keçirə biləcəyi və onu necə dayandıra biləcəyidir", - deyə prezident bildirib.
O izah edib ki, bu məsələ yalnız Rusiyanın qalib gəlməməsi ilə deyil, həm də Rusiyanın dünyaya fərqli bir həyat tərzi tətbiq etmək və insanların özləri üçün seçdiyi həyat tərzini dəyişdirmək istəyi ilə bağlıdır.
"Buna görə də, mən inanıram Putin artıq bu müharibəni başlayıb və bizim vəzifəmiz onun tammiqyaslı Üçüncü Dünya Müharibəsinə çevrilməsinin qarşısını almaqdır", - deyə Zelenski fikirni yekunlaşdırıb.