Modern.az

Türkiyədə 16 maşın toqquşdu: çoxlu yaralı var

Türkiyədə 16 maşın toqquşdu: çoxlu yaralı var

Dünya

23 Fevral 2026, 11:22

Türkiyənin Sakarya əyalətində 16 nəqliyyat vasitəsinin iştirakı ilə baş verən böyük qəza nəticəsində 13 nəfər xəsarət alıb.

Modern.az xəbər verir ki, bu barədə “İhlas” Aghentliyi məlumat yayıb.

"Magistral yolunda avtobuslar, mikroavtobuslar və yük maşınları da daxil olmaqla 16 nəqliyyat vasitəsi toqquşub. 13 nəfər yaralanıb, onlardan 4-nün vəziyyəti ağırdır", - deyə məlumatda bildirilir.

İlkin məlumatlara görə, səbəb magistral yolun kənarında təkərlərin yandırılması səbəbindən görüntünün azalması olub: sürücülər bu ərazidə qəfil əyləci basıblar və arxadakılar vaxtında reaksiya verə bilməyiblər.

Qəza Ankaraya gedən magistral yolda nəqliyyatın hərəkətini dayandırıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...