İran Prezidenti Məsud Pezeşkian bildirib ki, Tehran ABŞ qarşısında hər mümkün ssenariyə hazırdır.
Modern.az-ın məlumatına görə, Pezeçkian sosial media hesabında yazıb:
“İran regionda sülh və sabitliyə sadiqdir. Son danışıqlar qarşılıqlı konkret təkliflər təqdim etməklə və müsbət siqnallar göndərməklə aparılıb. Bununla belə, biz ABŞ-ın hərəkətlərini yaxından izləməyə davam edirik və hər mümkün ssenari üçün bütün lazımi tədbirləri görmüşük”.