Modern.az

SSRİ-nin törətdiyi cinayətdən 82 il ötür: 123 min ölüm

SSRİ-nin törətdiyi cinayətdən 82 il ötür: 123 min ölüm

Dünya

23 Fevral 2026, 12:17

Moskvanın çeçen və inquşları öz yurdlarından zorla qovmasından 82 il ötür.

Modern.az xatırladır ki, 1944-cü il fevralın 23-dən martın 9-dək Sovet İttifaqı ən amansız əməliyyatlarından birini - çeçen və inquşların deportasiyasını həyata keçirdi.

Bir neçə gün ərzində 500.000 ilə 650.000 arasında çeçen və inquş xalqının nümayəndəsi zorla öz torpaqlarından çıxarıldı, evləri yandırıldı, müqavimət göstərənlər yerində güllələndi. Onlar sırf etnik mənşəyinə görə "günahkar" elan edildilər.

Qadınlar, uşaqlar və yaşlılar - soyuq mal-qara vaqonlarına yüklənərək Mərkəzi Asiyaya göndərildi. İnsanlar yolda soyuqdan, aclıqdan və xəstəlikdən öldülər. Bu, evakuasiya deyil, dövlət tərəfindən təşkil edilən məcburi qovulma idi.

Müxtəlif hesablamalara görə, deportasiya zamanı və Qazaxıstandakı ilk illərdə təxminən 100.000 çeçen və 23.000 inquş həlak olub. Bu hər 4-cü çeçen və inquşun ölümü demək idi. Faciə təbiət hadisəsi və ya müharibə nəticəsində deyil, mərkəzin siyasi qərarı nəticəsində yaranmışdı.

Bütün məhrumiyyətlə baxmayaraq 1956-cı ildə hər iki xalq doğma yurd-yuvasına qayıtmağa imkan tapdı və bu gün Çeçenistan və İnquşetiya respublikaları faciənin ildönümünü qeyd edir. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...