"İki il bunkerdə yaşadım, orada yatdım, amma ofisdə işlədim. İndi isə gecə hava hücumu siqnalizasiyası zamanı ora gedirəm".
Modern.az xəbər verir ki, bunu AFP-yə müsahibəsində Ukrayna lideri Volodimir Zelenski deyib. O, Rusiya ilə müharibənin ilk 2 ilində bunkerdə qaldığını təsdiqləyib.
Zelenski köklənməməyə çalışdığını və çəkisini diqqətlə izlədiyini deyib.
Ukrayna prezidenti xatırladıb ki, tammiqyaslı müharibədən əvvəl "təmiz havada qaçmağı çox sevirdi", amma indi qaçışa getmir.