Modern.az

Qəzzada ölənlərin sayı 72073 nəfərə çatdı

Qəzzada ölənlərin sayı 72073 nəfərə çatdı

Dünya

23 Fevral 2026, 13:52

İsrail ordusu atəşkəsə baxmayaraq Qəzzaya hücumlarını davam etdirir.

Modern.az xəbər verir ki, Qəzza Səhiyyə Nazirliyinin yazılı açıqlamasında 2023-cü ilin oktyabr ayından bəri davam edən İsrail hücumları nəticəsində itkilər barədə son məlumatlar paylaşılıb.

Qeyd edilib ki, son 24 saat ərzində Qəzzada xəstəxanalara 1 ölü və 8 yaralı gətirilib.

10 oktyabr 2025-ci ildə Qəzzada atəşkəs qüvvəyə mindikdən bəri İsrail hücumları zamanı 615 nəfər həlak olub, 1651 nəfər yaralanıb və dağıntılar altından 726 cəsəd çıxarılıb.

2023-cü ilin oktyabr ayından bəri İsrailin Qəzza zolağına hücumlarında ölənlərin ümumi sayı 72.073-ə çatıb, 171.749 nəfər yaralanıb.

Qəzza zolağında hələ də minlərlə cəsədin dağıntılar altında qaldığı bildirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı