Modern.az

İran-ABŞ danışıqlarının yeri və vaxtı açıqlandı

İran-ABŞ danışıqlarının yeri və vaxtı açıqlandı

Dünya

23 Fevral 2026, 14:58

İran və Amerika nümayəndə heyətləri cümə axşamı günü Cenevrədə nüvə danışıqlarının üçüncü raundunu keçirməyə hazırlaşır.

Modern.az xəbər verir ki, Oman Sultanlığının xarici işlər naziri Bədr bin Həməd Əlbusəidi İran və ABŞ arasında nüvə danışıqlarının üçüncü raundunun bu cümə axşamı İsveçrənin Cenevrə şəhərində keçiriləcəyini təsdiqləyib.

Bu barədə X sosial media platformasında dərc olunmuş mesajda Omanın Tehran və Vaşinqton arasında dolayı diplomatik prosesi asanlaşdırmaqdakı rolunu bir daha təsdiqlədiyi bildirilib.

Omanın yüksək vəzifəli diplomatı yazıb: "ABŞ-İran danışıqlarının bu cümə axşamı Cenevrədə keçiriləcəyini və razılaşmanın yekunlaşdırılması istiqamətində əlavə səylərin göstəriləcəyini təsdiqləməkdən məmnunam".

Bu təsdiq İranın xarici işlər naziri Seyid Abbas Əraqçinin CBS-ə verdiyi müsahibədə cümə axşamı Cenevrədə Stiv Uitkoffla görüşə biləcəyini söyləməsindən sonra gəlir.

Whatsapp
Bizə yazın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı