Modern.az

Xamenei səlahiyyətlərini ona verib - Laricani ABŞ-a təklif hazırlayıb

Xamenei səlahiyyətlərini ona verib - Laricani ABŞ-a təklif hazırlayıb

Dünya

23 Fevral 2026, 17:29

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani sabah İranın ABŞ ilə nüvə sazişi təklifini təqdim etmək üçün Omana gedəcək.

Modern.az xəbər verir ki, “Nyu-York Tayms” qəzeti İranın ali lideri Əli Xameneinin ABŞ-ın hərbi hücumu və daxili etirazlar təhlükəsi fonunda əsas hakimiyyət rıçaqlarını Laricaniyə təhvil verdiyini bildirib.

Qəzetin məqaləsində qeyd olunur ki, Laricani "İslam Respublikasının təhlükəsizlik və siyasi işlərində əsas ağır çəkili şəxslərdən biridir və onun rolunun gücləndirilməsi ali rəhbərliyə qarşı mümkün hücumlar və təhdidlər qarşısında rejimin sabitliyini təmin etməyə yönəlib".

Əli Laricaninin İranda təsiri son aylarda artıb: Laricani daxili təhlükəsizlik məsələlərinə, müttəfiqlərlə əməkdaşlığa nəzarət edir və Vaşinqtonla nüvə proqramı üzrə danışıqlarda iştirak edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı