ABŞ Prezidenti Donald Trump bildirib ki, ABŞ Ali Məhkəməsinin idxal rüsumları ilə bağlı son qərarı faktiki olaraq ona əvvəlkindən daha geniş səlahiyyətlər verib.
Modern.az-ın məlumatına görə, Tramp bu barədə “Truth Social” platformasında paylaşım edib. O, Ali Məhkəmənin qərarını tənqid edərək yazıb ki, məhkəmənin “mənasız və beynəlxalq narazılıq yaradan” qərarı nəticə etibarilə prezident kimi onun səlahiyyətlərini daha da artırıb.
Trampın sözlərinə görə, bəzi xarici ölkələr uzun illər ABŞ-dən sui-istifadə edib və indi Vaşinqton həmin dövlətlərə qarşı təzyiq mexanizmi kimi ticarət lisenziyalarından yararlana bilər.