Modern.az

Türkiyə–İsrail gərginliyi dərinləşir

Türkiyə–İsrail gərginliyi dərinləşir

Dünya

23 Fevral 2026, 18:54

Türkiyə ilə İsrail arasında gərginlik artıq təkcə Qəzza müharibəsi ilə məhdudlaşmır, Egey dənizi, Şərqi Aralıq dənizi, Suriya və Afrika Buynuzuna qədər uzanan geniş bölgədə strateji rəqabət güclənir.

Modern.az xəbər verir ki, Rəcəp Tayyib Ərdoğan ilə Kyriakos Mitsotakis arasında keçirilən son görüş iki ölkə arasındakı gərginliyi qismən azaltsa da, Egeydə hərbi status və müstəsna iqtisadi zona sərhədləri kimi əsas məsələlər həllini tapmayıb.

Digər tərəfdən, İsrail–Yunanıstan–Cənubi Kipr arasında imzalanan müdafiə əməkdaşlığı sazişi çərçivəsində birgə hərbi təlimlər planlaşdırılır, İsrail hərbi məsləhət dəstəyi verəcək və silah alışı artacaq. Ankara bu əməkdaşlığı bölgədə qüvvələr balansına təsir edən addım kimi qiymətləndirir. (HaberGlobal)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı