Modern.az

Lvovda terror hadisəsi törədən qadın DANIŞDI

Lvovda terror hadisəsi törədən qadın DANIŞDI

Dünya

23 Fevral 2026, 19:22

Lvovdakı terror hücumunda şübhəli bilinən qadın partlayıcı yerləşdirdiyini bilmədiyini və etdiklərinə peşman olduğunu bildirib.

Modern.az xəbər verir ki, o, özünü “Mark” kimi təqdim edən bir kuratorun Telegram vasitəsilə onunla əlaqə saxladığını və həbsindən sonra bunun Rusiya xüsusi xidmətlərinin nümayəndəsi olduğunu öyrəndiyini deyib.

Fevralın 22-də Lvovun mərkəzində baş verən partlayışlar nəticəsində 23 yaşlı polis qadını həlak olub, 20-dən çox şəxs yaralanıb. 33 yaşlı şübhəli Staryi Sambirdə Ukrayna Cinayət Məcəlləsinin müvafiq maddələri ilə 60 günlük həbs edilib. (UNN)

Sizə yeni x var
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı