Modern.az

ABŞ səfirliyinin əməkdaşları bu ölkədən çıxarılır

ABŞ səfirliyinin əməkdaşları bu ölkədən çıxarılır

Dünya

23 Fevral 2026, 20:05

ABŞ Dövlət Departamenti artan İran gərginliyi fonunda Livandakı diplomatik heyətini qismən geri çəkir.

Modern.az xəbər verir ki, "Reuters"in məlumatına görə, ABŞ-ın Beyrutdakı səfirliyində çalışan qeyri-vacib dövlət qulluqçuları və onların ailə üzvləri ölkədən çıxarılır.

Dövlət Departamentinin yüksək vəzifəli nümayəndəsi bildirib ki, təhlükəsizlik mühitinin son qiymətləndirilməsindən sonra yalnız əsas heyətin saxlanılması qərara alınıb. Onun sözlərinə görə, səfirlik fəaliyyətini davam etdirir və ABŞ vətəndaşlarına xidmət göstərmək imkanını qoruyur.

Mənbələr 50 nəfərin təxliyə edildiyini bildirir. Beyrut hava limanındakı rəsmi isə 32 səfirlik əməkdaşının ailə üzvləri ilə birlikdə ölkəni tərk etdiyini açıqlayıb.

Qərar ABŞ-ın Yaxın Şərqdə hərbi mövcudluğunu artırdığı və Prezident Donald Trampın İranla nüvə proqramı üzrə razılaşma əldə olunmayacağı təqdirdə “çox pis nəticələr” barədə xəbərdarlıq etdiyi bir vaxta təsadüf edir. İran isə hücum olacağı halda regiondakı ABŞ bazalarını hədəfə alacağını bəyan edib.

Sizə yeni x var
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı