Modern.az

Ukraynada məktəblər distant təhsilə keçirilir

Ukraynada məktəblər distant təhsilə keçirilir

Dünya

23 Fevral 2026, 22:50

Ukraynada bir sıra vilayətlərdə məktəblər distant təhsilə keçirilir.

Modern.az xəbər verir ki, Ukraynada kəskin respirator virus infeksiyalarına (QRVİ) yoluxma hallarında artım müşahidə olunur.

Məlumata görə, son bir həftə ərzində xəstələrin sayı Lvov, Xmelnitski, Zaporojye, İvano-Frankovsk, Ternopol, Dnepropetrovsk və Volın vilayətlərində yüksəlib. Epidemioloji vəziyyətlə əlaqədar olaraq Xmelnitski və Dnepropetrovsk vilayətlərində məktəblərin bir hissəsi artıq distant təhsil rejiminə keçirilib.

Səhiyyə mütəxəssisləri QRVİ-nin müalicəsi və profilaktikası üçün bol maye qəbulunu, istirahəti, zərurət olduqda hərarətsalıcı dərmanlardan istifadəni, sosial təmasların məhdudlaşdırılmasını, əl gigiyenasına riayət edilməsini və maskadan istifadəni tövsiyə edirlər.

Qeyd olunub ki, güclü öskürək və ya nəfəs darlığı müşahidə edildiyi hallarda vətəndaşlar dərhal həkimə müraciət etməlidirlər.

Epidemioloji vəziyyətin inkişafı ilə bağlı əlavə qərarların qəbul ediləcəyi istisna edilmir.

Whatsapp
Bizə yazın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı