Ukraynanın Nikolayev şəhərində dəmiryol vağzalı yaxınlığında yerləşən fəaliyyətdə olmayan yanacaqdoldurma məntəqəsində partlayış baş verib. Hadisə nəticəsində yeddi polis əməkdaşı xəsarət alıb, onlardan ikisinin vəziyyəti ağırdır.
Modern.az xəbər verir ki, bu barədə Milli Polisin rəisi İvan Vıqovski məlumat verib. O bildirib ki, patrul polisləri növbə dəyişmək üçün əraziyə gəlib və avtomobillərini park etdikləri zaman partlayış baş verib.
Milli Polis hadisəni hüquq-mühafizə orqanlarına qarşı məqsədyönlü hücum kimi qiymətləndirir. Vıqovski vurğulayıb:
"Srağagün Lvovda polislərə qarşı terror aktı baş verdi. Bu təsadüf deyil. Düşmən hər gün insanların və dövlətin müdafiəsini həyata keçirən Ukrayna polislərini qəsdən hədəf alır."