Modern.az

Vuçiç və ailəsinə sui-qəsd cəhdi - 2 nəfər saxlanıldı

Vuçiç və ailəsinə sui-qəsd cəhdi - 2 nəfər saxlanıldı

Dünya

24 Fevral 2026, 08:24

Serbiyanın hüquq-mühafizə orqanları ölkə Prezidenti Aleksandar Vuçiçə qarşı sui-qəsd cəhdi planlaşdırmaqda şübhəli bilinən iki şəxsi saxlayıb.

Modern.az-ın məlumatına görə, bu barədə Serbiya Daxili İşlər Nazirliyinin Mətbuat xidməti xəbər verib.

"Daxili İşlər Nazirliyinin əməkdaşları D.R. (1975-ci il təvəllüdlü) və M.R.-ni (1983-cü il təvəllüdlü) həbs ediblər. Onlar Serbiya Respublikasının Konstitusiya quruluşunu zorakı yolla dəyişdirmək, silah almaq yolu ilə ən yüksək dövlət orqanlarını devirmək, Serbiya Respublikasının Prezidentinə, onun həyat yoldaşına və uşaqlarına, eləcə də Daxili İşlər Nazirliyinin əməkdaşlarına sui-qəsd cəhdində şübhəli bilinirlər", - açıqlamada bildirilir.

Şübhəlilər barəsində həbs qətimkan tədbiri seçilib, cinayət işi Kralevodakı Ali Prokurorluğa göndəriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı